Sərhəd hansı xəritələr üzrə çəkilsin? - Paşinyanın cavabı

28.10.2021 12:30     Dünyadan reaksiya     283

Hansı sovet xəritələrinin Azərbaycan və Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi üçün kifayət qədər hüquqi baxımdan əsasa malik olduğunu bilmək lazımdır.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin ötən gün keçirilən iclasındakı çıxışında deyib.

Paşinyan müxalif deputatın Putinin bununla bağlı Rusiyada xəritələr olması barədə sualına cavab verərkən bildirib:

“Rusiya Prezidenti Vladimir Putinin sərhədlərin ayrılması ilə bağlı xatırlatdığı xəritələr 100 faiz də olmasa, heç olmasa, 99 faiz “Ermənistanın administraiv- ərazisi haqqında” qanunu ilə üst-üstə düşməlidir.

“O xəritələr təxminən müttəfiq respublikaların xəritələri ilə üst-üstə düşür. O ayrı məsələdir ki, bu xəritələrdən hansı sərhədlərin dəqiq müəyyən edilməsinə xidmət edə bilər. Müttəfiq respublikalar arasında xəritələr bir neçə dəfə dəyişib və bunun müxtəlif səbəbləri olub. Məsələn, olub ki, Sov İKP MK-nın növbəti plenumunda bir rayonun icra katibliyi qonşu ölkənin qardaş rayonuna otlaq sahəsini verib və yaxud əksinə. Biz bilməliyik ki, xəritələr necə dəyişib, nə vaxt dəyişib və niyə dəyişib”.

Qeyd edək ki, Paşinyan bu sözlərlə dolayısı ilə Azərbaycandan hissə-hissə “otlaq sahəsi” adı ilə qoparılan torpaqların mövcudluğuna işarə edib.

Bu baxımdan sərhədlərin 1920-ci il xəritələri əsasında müəyyənləşməsi gündəmə gəlib. Ermənistan mediası bəzi mənbələrə əsasən, 1920-ci il xəritələri əsasında sərhədlərin müəyyənləşə biləcəyini iddia edir.

Reaksiya.az

Şərhlər