Türkiyə təşəbbüs göstərməlidir

09.11.2021 15:25     Dünyadan reaksiya     288

Bəzi fikirlərimi gizlətmirəm. Bəli, Ermənistanın dünyada hamı ilə yaxşı münasibətləri olmalıdır. Bu, mürəkkəb məsələ olsa belə, istərdim ki, Azərbaycanla da problemlər həll olunsun.

Bu sözləri Ermənistan Prezidenti Armen Sərkisyan “Arqumentı i faktı” qəzetinə İrəvanın Türkiyə və Azərbaycanla münasibətləri mövzusunda danışarkən deyib.

"Türkiyə ilə yaxşı münasibətlər qurmaq gözəl olardı, bu, daha çətindir. Axı tarixi unuda bilmərik. Ermənistan qərarlarına görə təkcə öz vətəndaşlarının deyil, bütün ermənilər qarşısında cavabdehdir. Bu insanlar gələcəkdə daha həssas məsələ qaldıra bilərlər", - Sərkisyan deyib.

Ermənistan-Türkiyə barışığı barədə verilən sualı isə Sərkisyan belə cavablandırıb:

"Heç nə əbədi deyil. Nə son qələbə, nə də son məğlubiyyət. Hər şey mümkündür. Fransa və Almaniya bir əsr bir-biri ilə vuruşdu, lakin İkinci Dünya müharibəsindən sonra hər şey dəyişdi. Məncə, Türkiyə təşəbbüs göstərməlidir. Mədəniyyət, tarix, abidələr, din, kilsə və başqa hər şeydə tolerantlıq olmalıdır. Qarşılıqlı hörmət olmadan heç bir şey alınmır".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar