"Şərəfdən danışırsınız, amma kresloları tərk etməyə gücünüz çatmır" - Nazaryan

10.11.2021 11:51     Dünyadan reaksiya     304

“Getdikcə daha aydın olur ki, hakimiyyət 44 günlük müharibənin məğlubiyyətində ordunun keçmiş liderləri adlandırılanları günahlandırmaq üçün əlindən gələni edir. Dünya tarixində görünməmiş bir hadisə ilə üzləşirik ki, siyasi rəhbərlik məğlubiyyətin bir nömrəli günahkarı olduğunu bəyan edərək hakimiyyətdən yapışıb, eyni zamanda məğlubiyyətin bütün günahını komandanlığın üzərinə atmaq istəyir", 

Reaksiya.az unikal.org-a istinadən xəbər verir  ki,  bu  sözləri oğlu müharibədə həlak olmuş,  “Ermənistan” fraksiyasının üzvü, deputat Geqam Nazaryan  deyib. O,  müharibədən sonrakı vəziyyətin arzuolunmaz olduğunu  vurğulayıb. 

"Ermənistan, daha doğrusu, bu gün Ermənistandakı hakim rejim dünyada analoqu olmayan bir yolla gedir. Siyasi rəhbərlik bir nömrəli məsulun hərbi deyil, siyasi olduğunu unudaraq, məğlubiyyətin günahını keçmiş hərbi hakimiyyətin üzərinə yıxmaq qərarına gəlib.

Bütün bunlar nə Robert Köçəryanın, nə də Serj Sarkisyanın hakimiyyəti dövründə deyil, Nikol Paşinyanın hakimiyyəti dövründə  yaranıb.  Nə qədər cinayət işi qaldırsan da, hüquq-mühafizə orqanları ilə müxalifətə təzyiq göstərməyə çalışsan da, xalqı aldatmağa çalışsan da, reallıq dəyişməyəcək. Reallıq isə budur ki, sizin əməlləriniz nəticəsində dörd mindən çox "erməni  kişi"si  öldü. 

Şərəfdən, ləyaqətdən, danışırsınız, amma istefa verməyə, kresloları tərk etməyə belə gücünüz çatmır. Başa düşürəm ki, siz qorxu içində yaşayırsınız, amma qorxu içində yaşayıb, qorxu ilə idarə etməklə ölkəmizə hər gün məğlubiyyət gətirirsiniz".

Reaksiya.az

Şərhlər