Baş nazirlər Brüsseldə görüşəcəklər

22.11.2021 13:43     Dünyadan reaksiya     275

Gürcüstan, Ukrayna və Moldova baş nazirlərinin görüşü planlaşdırılır.

Reaksiya.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.

Nazirin sözlərinə görə, üçtərəfli görüşün Brüsseldə keçiriləcəyi gözlənilir:

“Bununla bağlı ilkin razılıq əldə edilib. Dekabrın 15-də Brüsseldə baş tutacaq “Şərq tərəfdaşlığı”nın zirvə görüşünə hazırlıq görüşü olacaq. Sammitdə həmçinin mən də iştirak edəcəm”.

Reaksiya.az

Şərhlər