Bakı ilə İrəvan hansı danışıqları aparır? - Qriqoryan

23.11.2021 13:17     Dünyadan reaksiya     278

Hazırda Azərbaycanla imzalamaq üçün hər hansı sənəd yoxdur.

Bu sözləri Ermənistan Baş nazirinin müavini, kommunikasiyaların açılması üçün yaradılan üçtərəfli işçi qrupunun həmsədri Mger Qriqoryan erməni mediasına açıqlamasında deyib.

M.Qriqoryan deyib ki, üçtərəfli görüşün olub-olmamasından asılı olmayaraq, demarkasiya və delimitasiya ilə bağlı müzakirələr getməlidir.

O, danışıqlarda Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi məsələsinə toxunulmadığını da vurğulayıb.

Qriqoryan iddia edib ki, söhbət Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bir müddət əvvəl Ermənistanda dediyi kimi, İrəvan və Bakının öz ərazisindən keçən yollara suverenliyini saxlamasından gedir.

Erməni baş nazir müavini kommunikasiyaların açılmasının müxtəlif variantlarının müzakirə edildiyini təsdiqləyib.

“Ancaq hələlik hansı variantın seçiləcəyi bəlli deyil”, - o əlavə edib.(axar)

Reaksiya.az

Şərhlər