Zelenski ölkədə dövlət çevrilişinin planlaşdırıldığını açıqladı

26.11.2021 15:29     Dünyadan reaksiya     298

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə dövlət çevrilişi olacağı barədə məlumat əldə etdiyini bildirib.

Zelenski bunu Kiyevdə mətbuat konfransı zamanı deyib.

"Dövlətimiz üçün ciddi çağırışlar var, bunu hətta digər ölkələrin kəşfiyyatları da qeydə alır. Mən, məsələn, məlumat almışam ki, dekabrın 1-də dövlət çevriliş olacaq. Mənə elə gəlir ki, bu, vacib məlumatdır. Dekabrın 1-2-i gözlənilir", - deyə Ukrayna Prezidenti bildirib.

Reaksiya.az

Şərhlər