Tonoyanın həbs müddəti uzadıldı

29.11.2021 13:06     Dünyadan reaksiya     281

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın həbs müddəti daha iki ay uzadılıb.

Bunu Tonoyanın vəkili Sergey Ohanesyan “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, məhkəmə keçmiş müdafiə nazirinin həbsi ilə bağlı məsələni 3 gün ərzində nəzərdən keçirib. Məsələ ilə bağlı qərar isə noyabrın 27-si dərc olunub.

Qeyd edək ki, 2018-ci ildən 2020-ci ilə qədər Ermənistanın müdafiə naziri vəzifəsini icra etmiş Tonoyan sentyabrın 30-u həbs olunub. O, təqribən 4,7 milyon dollar həcmində vəsait mənimsəməkdə, saxtakarlıqda və ictimai təhlükəli əməllər törətməkdə ittiham olunur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar