Vatikan lideri qondarma "erməni soyqırımı" haqda film çəkən erməniyə medal verdi...

30.11.2021 12:07     Dünyadan reaksiya     266

Amerikalı erməni mənşəli həkim, Türkiyədə qondarma  "erməni soyqırımı"ndan bəhs edən  "Vəd" Hollivud filminin prodüseri Erik İsraelyan Roma Papası Fransisk tərəfindən "Benemerenti" medalı ilə təltif edilib.
 
Bu barədə Ümum-erməni Xeyriyyə Birliyinin ("AGBU") mətbuat xidməti məlumat yayıb.
 
Qeyd olunur ki, Vatikan lideri mükafatı E.İsrailyana humanitar fəaliyyətinə və xristian dininə xidmətinə görə verib. O, "Benemerenti" medalına layiq görülən ilk ermənidir.
 
 
 

Şərhlər