Rusiya XİN ABŞ-ın çağırdığı “Demokratiya uğrunda sammit” barədə bəyanat yayıb

01.12.2021 12:40     Dünyadan reaksiya     271

“Demokratiya uğrunda sammit”in təşkilatçıları ümumdünya miqyasında demokratiya və insan hüquqlarının təbliğində liderliyi iddia edirlər. Amma siyahıda olanlar ölkələr, ABŞ, Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələrinin öz evlərində, eləcə də beynəlxalq arenada demokratik hüquq və azadlıqları təmin etmələri yumşaq desək idealdan uzaqdır.

APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin dekabrın 9-10-da ABŞ-ın təşəbbüsü ilə çağırılan “Demokratiya uğrunda sammit” haqqında yaydığı bəyanatda bildirilib.

Rusiya XİN bəyanatında “Demokratiya uğrunda sammit”i qəribə tədbir adlandırıb:

“Faktlar göstərir ki, ABŞ və müttəfiqləri demkratiyanın “mayak”ı rütbəsinə iddia edə bilməzlər və etməməlidirlər. Belə ki, onların özlərinin söz azadlığı, seçki sistemi, korrupsiya və insan hüquqları sahəsində xroniki problemləri var”.

Reaksiya.az

Şərhlər