ABŞ və NATO-nun maraqları risk altındadır - Pentaqon

03.12.2021 12:07     Dünyadan reaksiya     283

“ABŞ və NATO-nun mühüm milli təhlükəsizlik maraqları Rusiya-Ukrayna sərhədindəki vəziyyətə görə risk altındadır”.

Reaksiya.az TASS agentliyinə istinadən xəbər verir ki, bu fikri Seuldan Vaşinqtona qayıdan təyyarənin göyərtəsində jurnalistlərin suallarını cavablandıran ABŞ silahlı qüvvələrinin qərargah rəisləri komitəsinin sədri general Mark Milli deyib.

Onun sözlərinə görə, ABŞ Ukrayna sərhədi yaxınlığında Rusiyanın hərbi fəaliyyətinin böyük narahatlıq yarada biləcək kifayət qədər əlamətlərini görür. General bildirib ki, son vaxtlar rus ritorikası getdikcə daha sərt xarakter alır.

“Rusiyanın 1991-ci ildən müstəqil olan bir milli dövlətə qarşı açıq-aşkar təcavüzkar hərbi əməliyyatı olarsa, Birləşmiş Ştatların və NATO-ya üzv ölkələrin milli təhlükəsizlik maraqları risk altında ola bilər”, - deyə Milli iddia edib.

Reaksiya.az

 

Şərhlər