Türkiyə Ermənistanla sərhəddə ƏMƏLİYYAT KEÇİRİR

03.12.2021 12:15     Dünyadan reaksiya     271

Türkiyənin Daxili İşlər Nazirliyi Ağrı, Ərzurum və Qarsda “Eren Kış-10” adı altında antiterror əməliyyatı keçirir.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya əsasən, PKK terror qruplaşmasını ölkənin gündəliyindən çıxarmaq və bölgədə yerləşdiyi ehtimal edilən terrorçuların zərərsizləşdirilməsi məqsədilə Ağrı, Ərzurum və Qarsdakı əməliyyat keçirilir.

Bildirilib ki, Ərzurum Jandarm bölgə Komandanlığının cəlb edildiyi əməliyyatda yerli Jandarm Komandosu, Jandarm Xüsusi Təyinatlı Dəstəsi, təhlükəsizlik qoruyucularından ibarət 790 şəxsi heyətlə 70 komanda iştirak edir.

Reaksiya.az

Şərhlər