Ermənistan deputatlarını Xankəndiyə göndərir

03.12.2021 14:12     Dünyadan reaksiya     342

Ermənistan Milli Məclisinin nümayəndə heyəti Xankəndiyə göndəriləcək.

Reaksiya.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Milli Məclis sədrinin "Ermənistan Respublikası Milli Məclisi deputatının fəaliyyətinin təminatları haqqında” sərəncamında qeyd olunub.

Əldə olunan məlumata görə, erməni deputatlar Qarabağdakı separatçı qurumun qeyri-qanuni "deputatları" ilə birgə parlament dinləmələri keçirəcəklər.

Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistan rəsmilərinin Qarabağa qeyri-qanuni səfərlərinin davam edəcəyi halda sərt addımlar atacağını bildirib.

Reaksiya.az

Şərhlər