İlin sonuncu Günəş tutulması hadisəsi başlayıb

04.12.2021 12:03     Dünyadan reaksiya     274

Dekabrın 4-də bu ilin son sonuncu Günəş tutulması hadisəsi başlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu tutulma tam Günəş tutulmasıdır.

Günəş tutulması hadisəsi saat 09:29:16-dan başlanıb və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.

Tam tutulma Antarktidada müşahidə olunur. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə edilir.

Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmur..

Reaksiya.az

Şərhlər