Kreml Putin-Bayden görüşünün gündəliyini açıqlayıb

06.12.2021 14:36     Dünyadan reaksiya     269

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden Ukrayna ətrafındakı gərginliyi, NATO-nun Rusiya Federasiyası sərhədlərinə irəliləməsini və Rusiya liderinin təhlükəsizlik zəmanətləri haqqında təşəbbüsünü müzakirə edəcəklər.

APA-nın verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü bundan başqa Putin və Baydenin acınacaqlı vəziyyətdə olan Rusiya-ABŞ ikitərəfli münasibətlərini, eləcə də Cenevrədə əldə olunan razılaşmaların həyata keçirilməsini müzakirə edəcələrini də söyləyib.

Qeyd edək ki, dekabrın 7-də Rusiya və ABŞ liderləri arasında videokonfrans formatında danışıqlar keçiriləcək.

Reaksiya.az

 

Şərhlər