Lukaşenko Rusiyanın Ukraynaya hücum etmək niyyətində olmadığını bildirib

06.12.2021 14:55     Dünyadan reaksiya     263

NATO-nun regiondakı planları təkcə Rusiya deyil, həmçinin Belarus üçün də qəbuledilməzdir.

APA-nın verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Bu ay çox şey dəyişəcək. Çox şey görəcəksiniz. Qara dənizdən Baltik dənizinə qədər bu qovşağı görəcəyik", - Belarus dövlət başçısı qeyd edib.

Aleksandr Lukaşenko Rusiyanın Ukraynaya hücuma hazırlaşması ilə bağlı xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu, Rusiyanı cəzalandırmaq üçün bəhanə kimi istifadə olunur: “Rusiyada heç kim Ukraynaya hücum etmək fikrində deyil. Rusiya Ukraynada baş verənləri çox yaxşı görür. Orada baş verənlər, NATO və amerikalıların orada planlaşdırdıqları təkcə Rusiya üçün deyil, bizim üçün də qəbuledilməzdir, çünki biz bura yaxınıq”.

A. Lukaşenko bildirib ki, Belarusda müxalifət hakimiyyətə gəlsə, NATO Smolensk yaxınlığında dayanacaq.

O, ölkədə müxalifət tərəfdarlarının sayının az olduğunu iddia edib. A. Lukaşenkonun sözlərinə görə, Belarusda hazırkı hakimiyyətin əleyhdarları həmişə təxminən 10% olub.

Reaksiya.az

Şərhlər