Putin Hindistana səfər edib

06.12.2021 17:08     Dünyadan reaksiya     259

Rusiya Prezidenti Vladimir Putin Hindistana səfər edib.

Reaksiya.az xəbər verir ki, APA-nın Moskva müxbirinin məlumatına görə, Putin Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparacaq.

Rusiya və Hindistan liderləri iki ölkə arasındakı münasibətlərin gələcək inkişafına dair yeni geniş miqyaslı təşəbbüsləri müzakirə edəcəklər.

Qeyd edək ki, V. Putin və N. Modi sonuncu dəfə 2019-cu ilin noyabrında Braziliyada keçirilən BRİCS sammiti çərçivəsində görüşüblər.

Reaksiya.az

Şərhlər