Putin Əfqanıstandakı vəziyyətdən narahatdır

07.12.2021 09:47     Dünyadan reaksiya     37

Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyətin narahatlıq doğurduğunu deyib.

Bu barədə “Report” xəbər verir.

O, bu barədə Hindistanın baş naziri Narendra Modi ilə danışıqlar zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya xüsusilə terror, narkotik və mütəşəkkil cinayətkarlıq problemlərindən narahatdır. Putin vurğulayıb ki, Rusiya və Hindistanın bir çox məsələlərdə mövqeləri üst-üstə düşür.

Rusiya lideri əlavə edib ki, Rusiya və Hindistan öz ərazilərində birgə hərbi təlimlər keçirir və bu yaxınlarda 2+2 formatında (müdafiə və xarici işlər nazirləri – red.) görüşü tərəflərin belə əlaqələri inkişaf etdirmək istəyini vurğulayır.

Reaksiya.az

Şərhlər