2021-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı sahibinə təqdim olunub

07.12.2021 10:52     Dünyadan reaksiya     297

2021-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı Əbdülrəzzaq Qurnaya təqdim olunub.

APA-nın verdiyi xəbərə görə, təqdimetmə mərasimi İsveçin Böyük Britaniyadakı səfirliyində baş tutub.

Qeyd edək ki, pandemiya səbəbindən artıq iki ildir ki, Nobel mükafatının təqdimat mərasimi Stokholmda deyil, müxtəlif ölkə və şəhərlərdə təşkil olunur.

Xatırladaq ki, bu ilin ədəbiyyat üzrə Nobel mükafatına tanzaniyalı yazıçı Əbdülrəzzaq Qurna layiq görülmüşdü.

Reaksiya.az

Şərhlər