“Putin-Bayden danışıqlarından heç bir irəliləyiş gözləmək lazım deyil”

07.12.2021 16:05     Dünyadan reaksiya     284

“Putin-Bayden danışıqlarından heç bir irəliləyiş gözləmək lazım deyil”.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, çox çətin dövrdə həyata keçirilən işgüzar söhbətdir”, - deyə Peskov bildirib.

Qeyd edək ki, bu gün Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Bayden arasında videokonfrans formatında danışıqlar keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Reaksiya.az

 

Şərhlər