Yaponiyada quş qripinə görə 30 minədək toyuq məhv edilib

09.12.2021 13:07     Dünyadan reaksiya     263

Yaponiyanın qərbində yerləşən Hiroşima prefekturasında yerləşən fermada 30 minədək toyuq quş qripinə görə məhv edilib.

Azərtac xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, həmin fermadakı toyuqlarda yüksəkpatogenli H5N1 ştamı aşkar olunub.

Qeyd edək ki, son vaxtlar Yaponiyada mütəmadi olaraq quş qripi yayılması qeydə alınır və nəticədə toyuqlar kütləvi şəkildə məhv edilir. Belə ki, ötən ay qonşuluqda yerləşən Hyoqo prefekturasında növbəti yayılmadan sonra təqribən 155 min toyuq məhv edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar