Livanda qaçqın düşərgəsində partlayış olub

11.12.2021 09:31     Dünyadan reaksiya     309

Livanın cənubundakı Burj əl-Şimali fələstinli qaçqın düşərgəsində bir neçə güclü partlayış baş verib.

"Report" bu barədə “An-Nashra” xəbər portalına istinadən məlumat verir.

Partlayışlara Fələstinin HƏMAS hərəkatına məxsus silah anbarında baş verən yanğın səbəb olub.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yardım maşınları gəlib.

Əhalinin tələfatının qarşısını almaq üçün yaxınlıqdakı ərazilərin sakinlərinin təxliyəsi aparılır.

Reaksiya.az

Şərhlər