Rusiyada yeniyetmələrin narkotiklərdən zəhərlənmə halları kəskin artıb

11.12.2021 13:43     Dünyadan reaksiya     304

Rusiyada pandemiya zamanı yeniyetmələr arasında narkotiklərdən zəhərlənməsi son bir ildə 60% artıb.

APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəis müavini Vyaçeslav Baturin bildirib.

"Təəssüf ki, biz bu fenomenin qarşısını almaq vəzifəsini görürük və qarşımıza qoymuşuq, lakin pandemiya dövrü bizə deyir ki, son bir ildə yeniyetmələr arasında narkotiklərdən zəhərlənmə faktları 60% artıb", - o bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar