Blinken ABŞ və Çin arasındakı mümkün konflikti fəlakət adlandırıb

14.12.2021 08:53     Dünyadan reaksiya     370

ABŞ Çinlə olan ziddiyyətlərin mümkün konfliktə çevrilməsinə qətiyyən yol vermək istəmir.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.

O əlavə edib ki, belə bir konfliktin nəticəsi hər 2 tərəf üçün fəlakət ola bilər.

“Prezident Co Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin ötən ay bəyan ediblər ki, 2 ölkə arasındakı narazılıqlar konfliktə çevrilməməlidir. Biz bu məsuliyyəti tam ciddi qəbul edirik” deyə Blinken Cakartaya səfəri zamanı qeyd edib.

Qeyd edək ki, rəsmi Pekin və Vaşinqton arasında münasibətlər Donald Tramp dövründə kəskin pisləşib.

Reaksiya.az

Şərhlər