İran və Rusiya XİN başçıları nüvə proqramını müzakirə edib

14.12.2021 10:51     Dünyadan reaksiya     294

Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

APA-nın verdiyi məlumata görə, İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı nazirlər Vyana danışıqlarının bərpası kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafındakı vəziyyəti müzakirə ediblər.

"Əsas diqqət noyabrın 29-da Vyanada bərpa olunmuş danışıqlar prosesi kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında mövcud vəziyyətə yönəldilib. Tərəflər nüvə sazişinin bərpasına qarşılıqlı sadiqliklərini bir daha təsdiqləyiblər”, - deyə Rusiya XİN-in məlumatında bildirilib.

Lavrov və Abdullahiyan ikitərəfli və regional gündəlikdə duran bir sıra aktual məsələləri də müzakirə ediblər.

Reaksiya.az

Şərhlər