Buşəhr AES-in yenidən fəaliyyətə başlayacağı tarix açıqlanıb

14.12.2021 13:07     Dünyadan reaksiya     283

İranın Buşəhr Atom Elektrik Stansiyası (AES) dekabrın 31-dən yenidən fəaliyyətini bərpa edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Atom Enerji Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

O bildirib ki, İran Hərtərəfli Birgə Fəaliyyət Planından kənar heç bir addım atmayıb. Məhəmməd İslami uranın 90 faiz zənginləşdirilməsi ilə bağlı iddiaları təkzib edib.

Reaksiya.az

Şərhlər