Rusiyada qaz kəmərində partlayış olub

15.12.2021 11:05     Dünyadan reaksiya     275

Rusiyanın Stavropol diyarında qaz kəmərində partlayış olub.

APA  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Region İdarəsi məlumat yayıb.

Bildirilib ki, dekabrın 14-də axşam saatlarında Ust-Nevinka və Belomeçetskaya yaşayış məntəqələri arasından keçən qaz kəmərində yanğın müşahidə olunub.

Yaşayış məntəqələri üçün təhlükənin olmadığı bildirilib. Əlavə məlumat dəqiqləşdirilir.

Reaksiya.az

Şərhlər