Türkiyədə xüsusi təyinatlılar 9 terrorçunu məhv edib

16.12.2021 11:02     Dünyadan reaksiya     276

Türkiyənin şərqindəki Tunceli vilayətində "Eren Kış" antiterror əməliyyatının 6-cı mərhələsi çərçivəsində PKK-nın 9 terrorçusu zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlıların 140 sığınacağı məhv edilib, çoxlu sayda silah-sursat məhv edilib.

Əməliyyatda 1 060-a qədər xüsusi təyinatlı iştirak edib.

Məhv edilən silahlılardan 5-i Türkiyə Daxili İşlər Nazirliyinin xüsusi təhlükəli terrorçular siyahısında olub.

Reaksiya.az

Şərhlər