İrəvanda şok Türkiyə müzakirəsi: “İlin sonunadək qərar verəcəyik”

17.12.2021 16:06     Dünyadan reaksiya     311

Ermənistan iqtisadiyyat naziri Vahan Kerobyan Türkiyə mallarının bu ölkəyə idxalına qoyulan qadağanın müddətini uzatmaq qərarına gəlib.

Bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Kerobyanın təşəbbüsü Ermənistan parlamentinin hakim çoxluğu, o cümlədən Milli Məclisin İqtisadiyyat Komitəsi tərəfindən birmənalı qarşılanmayıb. Onlar Türkiyə ilə münasibətlərin normallaşdırılmasının gündəmdə olduğu bir vaxtda nazirin niyə belə bir qanun layihəsini irəli sürdüyünü anlamadıqlarını bildiriblər.

Vahan Kerobyan məsələ ilə əlaqədar “Hraparak”a açıqlamasında bu təşəbbüsünün hökumətin digər üzvləri tərəfindən birmənalı qarşılanmadığını deyib:

“Bu məsələ ilə bağlı geniş dialoq gedir və hakimiyyət və hakim siyasi qüvvə müxtəlif fikirlərin olduğunu gizlətmir. Biz bunu normal hesab edirik, çünki fərqli baxış nöqtələri, müxtəlif hesablamalar var. Çoxsaylı müzakirələr nəticəsində biz bu layihəni təsdiqləməsi üçün hökumətə təqdim etmişik. Hərtərəfli konsensusun olduğunu demək düzgün olmazdı. Düşünürəm ki, ilin sonuna kimi ortaq məxrəcə və müəyyən qərara gələcəyik”.

Jurnalist isə ona xatırladıb ki, Türkiyə mallarının idxalına qadağa hələ də qüvvədə olsa da, Ermənistanın bütün bazarlarında müxtəlif üsullarla və ya bəlkə də birbaşa idxal olunan türk malları var. O, tanınmış brendlərinin Ermənistanda sərbəst fəaliyyət göstərdiyini bildirib.

Nazir bu məsələnin də hökumətlə müzakirə olunduğunu söyləyib.(teleqraf)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar