İngiltərədə etiraz aksiyasında bir neçə polis xəsarət alıb

20.12.2021 08:36     Dünyadan reaksiya     270

İngiltərənin paytaxtı Londonda koronavirus məhdudiyyətlərinə qarşı etirazlar zamanı nümayişçilərlə polis arasında qarşıdurma olub.

APA “Sky News” telekanalına istinadən xəbər verir ki, qarşıdurma zamanı bir neçə polis əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanlarından hadisəni təsdiqləyiblər. Bildirilib ki, paytaxtın mərkəzində - Regent küçəsində bir neçə min insan Britaniya hakimiyyətinin Omicron ştamının artamsı səbəbindən tətbiq etdiyi məhdudiyyətlərə etiraz ediblər.

Qeyd olunur ki, nümayişlər zamanı mühafizəçilərlə etirazçılar arasında toqquşma olub. Lakin hazırda həbslər barədə məlumat verilməyib.

Etirazçılar mağazalardan birinə maddi ziyan dəyib.

Qeyd edək ki, Krallıqda ümumilikdə 24,9 min omiron ştamına yoluxma halı qeydə alınıb. Onlardan 10 mini son sutka ərzində aşkar edilib.
London meri Sadiq Xan yaxın gələcəkdə yoluxmanın daha da çoxalmaması məqsədilə fövqəladə vəziyyət elan edib.

Reaksiya.az

Şərhlər