ABŞ Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb

20.12.2021 10:38     Dünyadan reaksiya     280

ABŞ Azərbaycan tərəfinin saxlanılan erməni hərbçiləri Ermənistana təhvil verməsini alqışlayır.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "Twitter"də bildirib.

"Avropa İttifaqının dəstəyi ilə bu gün Azərbaycanın 10 erməni hərbçini azad etməsini alqışlayırıq. Biz qalan bütün saxlanılanların tam şəkildə və tez azadlığa buraxılmasına, meyitlərin dəyişdirilməsinə və itkin düşənlərin axtarışının aparılmasına çağırırıq. Biz beynəlxalq öhdəliklərə uyğun olaraq məhbuslarla humanist rəftarın vacibliyini vurğulayırıq" deyə, ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

Reaksiya.az

Şərhlər