Makron Azərbaycanın Ermənistana 10 hərbçini təhvil verməsini alqışlayıb

20.12.2021 11:34     Dünyadan reaksiya     291

Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın Ermənistana 10 hərbçini təhvil verməsini alqışlayıb.

Trend-in məlumatına görə, bu barədə Fransa lideri özünün "Twitter" səhifəsində yazıb.

"On erməni hərbçi azad edilib. Mən Avropa İttifaqının qətiyyətli addımını alqışlamaq istəyirəm, onun köməyi ilə biz Azərbaycan və Ermənistan arasında sülhə aparan bu dialoq yolunu davam etdirəcəyik. Biz irəli gedirik", - deyə Emmanuel Makron bildirib.

Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan Respublikası 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb.

Reaksiya.az

Şərhlər