Böyük Britaniyanın Brexit üzrə naziri istefa verib

20.12.2021 15:22     Dünyadan reaksiya     280

Böyük Britaniyanın Brexit üzrə naziri Lord Devid Frost istefa verib.

Azərtac xəbər verir ki, David Frost Avropa İttifaqı (Aİ) ilə münasibətlərin uzunmüddətli olduğunu əsas gətirərək istefa verib.

Baş nazir Boris Consona göndərdiyi məktubda Frost 2 ildən artıqdır ki, Aİ ilə danışıqlara rəhbərlik etdiyinə diqqət çəkib.

Frost məktunda Brexitin artıq əldə edildiyini və hökumətin qarşısında duran vəzifənin Aİ-dən çıxmağın gətirdiyi fürsətlərdən istifadə etmək olduğunu bildirib.

Onun vəzifəsinin icrası xarici işlər naziri Liz Trassa tapşırılıb.

Reaksiya.az

Şərhlər