Rusiyada dəhşətli partlayış: Yanğın hələ də davam edir

22.12.2021 11:41     Dünyadan reaksiya     330

Rusiyanın Çelyabinsk vilayətində qaz kəmərində partlayış baş verib.

Musavat.com xəbər verir ki, hadisə şahidləri sosial şəbəkələrdə bununla bağlı görüntüləri paylaşıb.

Məlumata görə, hadisə yerinə gələn xilasedicilər klapanları bağlayıb. Yanma hazırda da davam edir. Alovun tam sönməsi üçün boruda qalan qaz tam bitməlidir.

Hadisənin səbəbləri araşdırılır. 

Şərhlər