"Apple"ın işçiləri etiraz aksiyası keçirib

24.12.2021 18:41     Dünyadan reaksiya     406

“Apple”ın bir qrup əməkdaşı katoliklərin mövlud günü ərəfəsində müştəriləri şirkətin məhsullarını boykot etməyə çağırıblar.

“Report” xəbər verir ki, məlumatı “Business Insider” yayıb.

Aksiyaçılar şirkətin onlara hörmət etməsini, iş şəraitinin yaxşılaşdırılmasını, xəstələrə ödənişin edilməsini, psixoloji yardımın edilməsi kimi tələblər irəli sürüblər.

Bu təşəbbüsə qoşulanların sayı hələ ki məlum deyil.

Şərhlər