Aralıq dənzində 4,9 bal gücündə zəlzələ olub

27.12.2021 08:12     Dünyadan reaksiya     336

Bu gün yerli vaxtla 18:15-də Aralıq dənizi sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edək ki, bu gün Egey dənizində, Türkiyənin Aydın şəhərinin Didim rayonunun 263 kilometrliyində də 3,9 bal gücündə zəlzələ baş verib.

Hər iki təkanın episentri Yunanıstana daha yaxın məsafədə qeydə alınıb.

Şərhlər

Çox oxunanlar