Marketlərdəki ərzaqların 70%-i xərçəng yaradır - Alimlər o maddəni tapdı

27.12.2021 09:36     Dünyadan reaksiya     155

Böyük Britaniya alimləri xərçəngə səbəb olan maddənin gündəlik istifadə olunan ərzaq məhsullarında olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, alimlər palmitin yağ turşusunun Britaniya əhalisinin yarısında gələcəkdə onkoloji diaqnoz yaradacağını bildirib.

Medicina.az bildirir ki, elmi tədqiqatın rəhbəri Cessika Nibz populyar yağ və ərzağın kanserogen təsiri barədə nəticəyə gəlib.

Təcrübədə siçanların qidasına palmitin yağ turşusu əlavə olunub. 3 ay sonra bu siçanlarda udlaq, qida borusu, dəri xərçəngi yaranıb.

Nature dərgisində bu yağ turşusunun onkologiya ilə birbaşa bağlılığı barədə şokedici nəticə dərc edilib.

Britaniyanın "Dünya xərçəng araşdırması" xeyriyyə təşkilatı palmitinin xərçəng genomlarını dəyişdiyini açıqlayıb.

Bu açıqlama yeni müalicə terapiyası tapmaq üçün alimləri hərəkətə keçirib. Çünki əgər belədirsə, bu qidaları yeyən indiki əhalinin yaxın 10-20 ildə ildırım sürəti ilə onkoloji diaqnoz aşkarlanacağını labüd edir.

Məlumdur ki, yağ turşuları orqanizm üçün tikinti materialıdır. Amma eyni zamanda onlar metastazları yayır.

Palmitin turşusu daha çox palma yağının tərkibinin əsasıdır. Palma yağının siçanlarda karsinoma və dəri xərçəngi yaratması artıq sübut olunub.

"Palmitin turşusunda elə birləşmə var ki, o metastazları stimulə edib artırır. Ona görə artıq xərçəng xəstələrinin qidasında bu yağ olmamalıdır".

Palmitin turşusu şiş hüceyrələri arasında siqnal şəbəkəsi yaradır, onları regenerativ, yəni bölünən, oyaq vəziyyətdə saxlayır.

Hazırda palma yağı bütün qida sənayesində istifadə olunur. Uşaq qidaları, marqarinli bütün şirniyyatlarda, yağlarda, şokoladlarda, hətta kosmetik məhsullarda - şampun, yuyucu vasitələr və s.

Mütəxəssislər hesablayıb ki, Britaniya marketlərində satışda olan ərzaqların 60%-də palma yağı var.

Alimlər xərçəng və metastazların yaranma səbəblərini öyrənməyin onun qarşısını almaqda vacib olduğunu bildirib. Biz nəylə qarşılaşdığımızı bilsək, onu dayandıra bilərik.

Şərhlər