Rusiya: “NATO bizimlə irimiqyaslı müharibəyə hazırlaşır”

28.12.2021 11:48     Dünyadan reaksiya     462

“Şimali Atlantika Alyansı Ruisya ilə irimiqyaslı savaşa hazırlıq görür”.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə RF Müdafiə nazirinin müavini Aleksandr Fomin xarici ölkələrin Moskvada akkreditə olunan hərbi attaşeləri və diplomatik nümayəndələri ilə görüşdə iddia edib.

“NATO blokunun hərbi quruculuğu Rusiya ilə yüksək intensivli irimiqyaslı silahlı münaqişəyə yönəlib”,-deyə A.Fomin iddia edib.

Onun sözlərinə görə, Şimali Atlantik blokunun sərhədləri şərqə doğru min kilometrdən çox irəliləyib. Bu da onlara Rusiya ərazisində hədəfləri vurmaq üçün qeyri-strateji silahlardan belə istifadə etməyə şərait yaradır.

“Məsələn Estoniyadakı hərbi bazalardan Sankt-Peterburqa cəmi bir neçə dədiqlik uçuş məsafəsi var. Adi top atışları ilə Kalininqrad vilayətinin böyük hissəsini zərbə altında qoymaq mümkündür. Bundan başqa, Şərqi Avropa ölkələrindəki mühüm infrastrukturlar da NATO-nun əlinə keçib ki, bu da qoşunların dislokasiyası və hərəkətində ciddi üstünlüklər bəxş edir”,-deyə o, bildirib.

“NATO Baltika və Qara dənizlərin yeni limanlarına çıxış əldə edərək, hərbi-dəniz qüvvələrinin operativ gücünü artırıb”,-deyə Rusiya nümayəndəsi vurğulayıb.

Şərhlər