Professordan QORXUNC AÇIQLAMA: 15 gün ərzində...

03.01.2022 09:39     Dünyadan reaksiya     373

"Omikron" variantının hər ötən gün daha sürətlə yayılması elm adamlarını narahat edir.

 Türkiyənin tanınmış alimləri ilin əvvəlində yoluxma hallarının arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Tibb elmləri doktoru, dosent Ümit Savaşçı bildirib ki, izdihamlı Yeni il şənlikləri və kütləvi yemək süfrələrinin təşkili yoluxmaların artmasına səbəb ola bilər. Həkimin sözlərinə görə, qarşıdakı 15 gündə yoluxmanın daha bir pik nöqtəsi yaşana bilər.

Professor Dəniz Odabaş qeyd edib ki, yuxarı tənəffüs yolları xəstəliklərində keçən ilə nisbətən ciddi artım var: "Bu, əvvəlki kimi maska-məsafə qaydasına əməl edilmədiyinin göstəricisidir. Qarşıda duran ən böyük risk Yeni il şənlikləridir. Xəstəxanaya düşməmək üçün peyvənd olunaq, qaydalara əməl edək".

Qeyd edək ki, Böyük Britaniyada gündəlik yoluxma sayı 120 mini ötüb, Fransada isə bu say 200 minə yaxınlaşır. Türkiyədə "omikron"a yoluxma ilə birlikdə ümumi yoluxanların sayı 30 mini keçib.

Şərhlər