Çin planları açıqladı: 2022-ci ildə kosmosa...

03.01.2022 09:53     Dünyadan reaksiya     380

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası yayıb.

Qeyd olunur ki, bunların içində yeni reaktiv daşıyıcının ilk uçuşu və pilotlu uçuşlar çərçivəsində bir sıra strateji əhəmiyyətli missiyalar, həmçinin stansiyaya ərzaq çatdırılması missiyaları planlaşdırılır.

Korporasiya 2022-ci ildə uçuş sınaqları, kosmosa buraxılışlar və pilotlu kosmonavtika da daxil olmaqla missiyaları davam etdirəcək.

Qurum bildirib ki, Çinin əsas daşıyıcı raketi olan Changzheng bütün dövr ərzində 400 dəfədən çox kosmosa buraxılıb və 2021-ci il ərzində bu raket seriyasından istifadə etməklə 48 kosmik buraxılış həyata keçirilib.

Şərhlər