BMT Baş katibi güclərin nüvə müharibəsinin qarşısını almaq üçün birgə bəyanatını alqışlayıb

04.01.2022 12:04     Dünyadan reaksiya     356

“BMT-nin baş katibi Antonio Quterreş Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransanın nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı birgə bəyanatını alqışlayır”.

APA BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu təşkilatın Baş katibi Antonio Quterreşin nümayəndəsi Stefan Düjarrik açqılamasında bildirib.

O, əlavə edib ki, Baş katib beş nüvə dövlətlərinin nüvə müharibəsinin, eləcə də silahlanma yarışının qarşısını almaq üçün birgə bəyanatını alqışlayır.

Şərhlər