İran XİN: “Qərb sanksiyaları ləğv etməyi qəti şəkildə üzərinə götürməlidir”

04.01.2022 12:55     Dünyadan reaksiya     333

“İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpasına dair Vyanada keçirilən danışıqlarda Avropa üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) mövqeləri daha da reallaşıb”.

APA xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

Tehranda jurnalistlərə açıqlama verən iranlı diplomat Qərbi ölkəsinə qarşı sanksiyaları ləğv etmək üçün qəti öhdəliklər götürməyə çağırıb: “Birləşmiş Ştatlar və üç Avropa dövlətinin sanksiyaların ləğvi üçün yol xəritəsini tərtib edib-etmədiyinə dair mühakimə yürütmək hələ tezdir, lakin biz əvvəlki mövqelərdən uzaqlaşmanın şahidi oluruq”.

Xətibzadə əlavə edib ki, məsləhətləşmələrdə iştirak edən qərblilər başa düşüblər ki, onlar Tehrana 2015-ci ildə bağlanmış BHFP çərçivəsindən kənara çıxan tələblər irəli sürə bilməzlər: “Bütün tərəflərin sanksiyaların ləğvi, müvafiq təminatların və yoxlama mexanizminin işlənib hazırlanmasında irəliləyiş əldə etmək istəklərini nümayiş etdirmələrinin vaxtı çatıb”.

Şərhlər