ABŞ-ın Dövlət Departamenti İranı Birgə fəaliyyət planına ciddi yanaşmağa çağırıb

05.01.2022 10:59     Dünyadan reaksiya     434

İranla nüvə razılaşması ilə bağlı Vyanada keçirilən danışıqlarda ciddi irəliləyiş var. Vaşinqton Tehranın məsələyə ciddi yanaşmasını arzulayır.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Dövlət Departamentinin nümayəndəsi Ted Prays bildirib. Praysın sözlərinə görə, ABŞ Birgə fəaliyyət planına qayıtmaq istəyir. Lakin İran öz atom proqramını inkişaf etdirəcəyi təqdirdə bu mümkün olmayacaq.

Prays əlavə edib ki, vəziyyət birmənalı deyil. ABŞ hesab edir ki, İran danışıqlar prosesinə ciddi yanaşmalıdır. Ötən həftə əldə edilmiş irəliləyiş daha da möhkəmləndirilməlidir.

Şərhlər