Almatıda antiterror əməliyyatı keçirilir

06.01.2022 07:56     Dünyadan reaksiya     329

Qazaxıstanın hüquq-mühafizə orqanları talanların davam etdiyi Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhər komendantlığı məlumat yayıb.

“Şəhərdə asayişin bərqərar edilməsi məqsədilə xüsusi antiterror əməliyyatı başlayıb”, - məlumatda deyilir.

Komendatura həmçinin Almatı sakinlərini sakit olmağa və Konstitusiya quruluşunun yaradılmasında və ictimai təhlükəsizliyin yaradılmasında hüquq-mühafizə orqanlarına köməklik göstərməyə çağırıb.

Şərhlər