ATƏT sədri Qazaxıstanla bağlı çağırış edib

06.01.2022 10:34     Dünyadan reaksiya     286

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Qazaxıstanda baş verənlərə münasibət bildirib.

Bu barədə ATƏT sədri “Twitter”də paylaşım edib.

“Mən ATƏT sədri kimi Qazaxıstandakı son vəziyyəti yaxından izləyirəm. Mövcud problemləri həll etmək üçün zorakılıq və şiddət heç vaxt düzgün cavab deyil. Mən vəziyyətin de-eskalasiyasına və ATƏT-in öhdəliklərinə tam riayət etməklə dialoqa başlamağa çağırıram”, - Z. Rau qeyd edib.

Reaksiya.az

Şərhlər