KTMT Qazaxıstana sülhməramlı qüvvələrini göndərdi

06.01.2022 11:57     Dünyadan reaksiya     443

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstana göndərilib.

KTMT Katibliyinin məlumatına görə isə, sülhməramlı kontingentin bölmələri artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar.

Hazırda sülhməramlı kontingentin Rusiya tərəfindən olan hissəsinin təyyarələr vasitəsilə Qazaxıstan ərazisinə gətirilməsi həyata keçirilir.

Qeyd edək ki,bu barədə məlumatı təşkilat yayıb. Sülhməramlı qüvvələrin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

Reaksiya.az

Şərhlər