Qazaxıstan polisi ölkənin cənubundakı iğtişaşları dayandırdı

06.01.2022 13:32     Dünyadan reaksiya     322

Qazaxıstan polisi ölkənin cənubundakı Qızılorda şəhərində iğtişaş törətmək cəhdlərini gecə saatlarında dayandırıb, şəhərdə vəziyyət sakitdir.

Bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. 

"Polislər küçələrdə patrul xidməti çəkir, daxili qoşunlar da asayişin qorunmasına nəzarət edir. Digər şəhərlərdə olduğu kimi, Qızılordada da bankomatlarda növbələr var, demək olar ki, pul qalmayıb. İctimai nəqliyyat məhduddur. Qeyd olunur ki, heç bir talan faktı qeydə alınmayıb", - məlumatda bildirilib. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar