Türkiyə 11 tonluq hərbi helikopterini işə salmağa hazırlaşır

06.01.2022 13:43     Dünyadan reaksiya     330

Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan T929 “Atak II” ağır helikopterinin rotorunu işə salmağa hazırlaşır.

Bu barədə şirkətin baş direktoru Temel Kotil məlumat verib.


T129 “Atak” helikopterindən əldə edilən təcrübə əsasında hazırlanan 11 tonluq yeni helikopterlə bağlı müqavilə 2019-cu ildə imzalanıb.

Yeni helikopterdə şirkətin digər məhsulu olan T625 “Gökbey” ümumi təyinatlı helikopteri kimi maksimum yerli alt sistemlərdən istifadə ediləcək. “Atak-II” Ukraynanın “Motor Siç” şirkətinin istehsal etdiyi mühərriklərlə təchiz ediləcək.

Kotil bildirib ki, 2022-ci ildə “Hürjet” təyyarələrinin quru sınaqları başa çatacaq, milli döyüş təyyarəsinin mühərrikləri işə salınacaq və 11 tonluq “Atak II” helikopterinin rotoru dönməyə başlayacaq.(ordu.az)
 
 

Şərhlər