Ermənistan Qazaxıstana 70 hərbçi göndərdi

06.01.2022 14:59     Dünyadan reaksiya     489

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana 70 hərbçi göndərib.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ötən gün Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident Kasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət etdiyini bildirib. Bunun ardınca yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının (KTMT-nin ali orqanı) sədri kimi iştirakçı ölkələrin liderlərinin Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul etdiklərini açıqlayıb.

Reaksiya.az

Şərhlər