Qazaxıstanda iğtişaşlar zamanı 4 minə yaxın insan saxlanılıb

07.01.2022 17:27     Dünyadan reaksiya     331

Qazaxıstanda indiyədək 3706 nəfər saxlanılıb.

“Xəbər 24” telekanalı terrorla mübarizə operativ qərargahına istinadən xəbər verib.

“Hazırda ölkə üzrə 3706 nəfər saxlanılıb... Bu, hazırda ən son rəqəmdir”, - deyə telekanalın açıqlamasında bildirilir.

Bundan əvvəl Qazaxıstanın hüquq-mühafizə orqanlarının iğtişaşların 26 iştirakçısını zərərsizləşdirdiyi xəbər verilmişdi.

Şərhlər

Çox oxunanlar