Sülhməramlıların olduğu ilk təyyarə Rusiyaya eniş etdi

15.01.2022 13:02     Dünyadan reaksiya     291

Qazaxıstandakı iğtişaşların aradan qaldırılmasına yardım edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarından ibarət olan ilk altı təyyarə İvanovodakı Severnı aerodromuna eniş edib.

Bu barədə “İnterfax” məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, təntənəli mitinqin sonunda hərbçilər daimi dislokasiya məntəqəsinə yola düşmək üçün texnikanı boşaltmağa başlayacaqlar.

Daha əvvəl qeyd edilib ki, Qazaxıstanda sülhməramlı missiyada iştirak edən Hərbi Hava Desant Qüvvələrinin (HHQ) bölmələrinin şəxsi heyəti və texnikası 15 İl-76 və üç An-124 təyyarəsi İvanovo və Moskva vilayətlərindəki aerodromlara çatdırılacaq.

Reaksiya.az

Şərhlər